AZ

İnternetin sürətinin minimum həddi ilə bağlı təkliflər hazırlanıb

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə genişzolaqlı internet sürətinin artırılması ilə bağlı təklif verib.  

"Unikal" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov deyib.

O bildirib ki, bu normativ sənəd təsdiqlənmə mərhələsindədir: 
 
“Provayderlərin xidmət keyfiyyətləri göstəricilərinin sərtləşdirilməsi haqqında da düşünürük. Amma minimum internet sürətinə müəyyən hədd qoyulandan sonra bütün provayderlər məcbur olacaqlar ki, bu xidməti təmin etsinlər”.

Anar Kəlbiyev

Seçilən
1
unikal.az

1Mənbələr