AZ

İş rejiminin dəyişdirilməsini isə müxtəlif sahələrə görə tənzimləmək mümkündür Hüquqşünas

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Müvafiq dövlət qurumlarına təhlillər aparmaq və yeni iş rejiminə keçidlə bağlı siyahı hazırlamaq tapşırılıb. Ötən ilin əvvəlində Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə qəbul edilən Dövlət Proqramında dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi də yer alıb. İş rejiminin dəyişdirilməsini isə müxtəlif sahələrə görə tənzimləmək mümkündür”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bunu 525.az-a deyib. O qeyd edib ki, bəzi iş yerləri var ki, orada rejimin dəyişdirilməsi mümkün olmayacaq:

“Hesab edirəm ki, dövlət strukturlarında iş özəl sektorlara nisbətən daha tez başlamalıdır. Özəl sektorun da iş qrafikinə dəyişiklik edilməlidir. Bu, vacibdir. Əgər dövlət orqanlarında iş saat 08:00-da başlayacaqsa, özəl müəssisələrdə ən azı 1-2 saat gec tətbiq edilməlidir. Müəssisələr arasında iş saatlarının bölgüsündə eyniləşmə aradan qaldırılsa, tıxac problemi də həllini tapmış olar. Özəl müəssisələrinin fərqli saatlarda işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər".

Sevinc Qarayeva 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
525.az

1Mənbələr