Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə QHT ictimaiyyəti tərəfindən xüsusi təşəbbüsə start verilib.
QHT.az “Nərmiman Həsənzadə Poetry Challenge” çərçivəsində QHT sədrlərinin ürək sözlərini sizlərlə bölüşür. Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin başqanı, şair-publisist İntiqam Yaşar:
"Estafeti mənə ötürdüyünə görə dəyərli alimimiz Esmira Fuada təşəkkürümü bildirir və görkəmli şairimiz Nəriman Həsənzadəni bu əlamətdar günü münasibətilə ürəkdən təbrik edirəm.
Onun şeirlərindən bir bənd səsləndirməklə sözümü yekunlaşdırmaq istəyirəm:
Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil heç vaxt mən olmamışam.
Bir daha ustadımızı təbrik edir, ona uzun ömür və möhkəm can sağlığı arzulayıram."