AZ

"Budyo-Qlimt"in gücünü etiraf etməliyik" - "İnter"in baş məşqçisindən məğlubiyyət şərhi

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində evdə "Budyo-Qlimt"ə uduzan (1:2) "İnter"in baş məşqçisi Kristian Kivu yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın mətbuat xidməti belə çatdırıb:

"Oyun tərzimizi tətbiq etməyə çalışdıq, amma startda qol vura bilmədik. Bu, yekun nəticədə əsas rol oynadı. Bundan sonra psixoloji üstünlük rəqibin tərəfində oldu. Oyunçularla bağlı heç bir şikayətim yoxdur - onlar əllərindən gələni etdilər. Məğlubiyyətə görə məyusuq. Amma rəqibimizin gücünü etiraf etməliyik" .

Qeyd edək ki, "Budyo-Qlimt" "İnter"ə evdə də 3:1 hesabı ilə qalib gəlmişdi. Norveç təmsilçisi adını 1/8 finala yazdırıb.

Mirağa

Seçilən
2
1
fanat.az

2Mənbələr