AZ

İrəvanın mərkəzində namaz qılan şəxsin görüntüsü REKORD QIRDI – VİDEO

İrəvanda namaz qılan bir şəxsin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

KONKRET.az xəbər verir ki, sözügedən kadrlar qısa zamanda geniş müzakirələrə səbəb olub. İstifadəçilər hadisəni müxtəlif aspektlərdən şərh edərək, Ermənistanda dini azadlıqlar mövzusunu gündəmə gətiriblər.

Qeyd edək ki, uzun illər ərzində Ermənistanın işğalı altında qalmış Azərbaycan ərazilərindəki məscidlərin təhqir olunması, orada heyvan saxlanılması faktları ilə bağlı çoxsaylı məlumatlar və görüntülər yayılmışdı. Bu məsələlər beynəlxalq səviyyədə də müzakirə olunmuşdu.

Hazırda isə İrəvanda İslam dininə ibadət baxımından maneələrin olub-olmaması məsələsi sosial şəbəkələrdə müzakirələrə yeni zəmin yaradıb.

Natiq Səlim

Seçilən
25
1
konkret.az

2Mənbələr