AZ

“Fallout 4” oyunu altı DLC ilə Switch 2-yə gəldi

Bethesda Game Studios, Fallout 4: Anniversary Edition-ı Nintendo Switch 2 üçün buraxdı. Oxuməni.az xəbər verir ki, bu barədə DTF məlumat yayıb.

Nəşr orijinal oyuna bütün altı əlavəni, həmçinin Creation Club-dan 150-dən çox istifadəçi kontentini, o cümlədən silahlar, kostyumlar, tikinti dəstləri, müxtəlif it cinsləri və süjet tapşırıqlarını ehtiva edir.

Nintendo Switch 2 üçün versiya, kadr sürətinin 30, 40 və 60 fps səviyyəsində məhdudlaşdırıldığı üç performans rejimi əldə edib. Bununla belə, tərtibatçılar əlavə texniki funksiyalar, o cümlədən siçan rejimində Joy-Con 2 vasitəsilə idarəetmə dəstəyi tətbiq etməyiblər.

Anniversary Edition-ın qiyməti 60 dollar (təxminən 102 manat -red.) təşkil edir. Bethesda həmçinin fiziki versiyanın buraxılmasını planlaşdırır, lakin qutularda oyunla birlikdə adi kartriclər əvəzinə yükləmə kodları yerləşdiriləcək.

Yubiley nəşri ilk dəfə 2025-ci ilin noyabrında orijinal Fallout 4-ün on illiyi münasibətilə buraxılmışdı. O zaman buraxılış auditoriyada birmənalı olmayan reaksiya doğurmuşdu: oyunçular optimallaşdırmanı və Creation Club məzmununun bir hissəsinin olmamasını tənqid etmişdilər ki, bu da sonradan qismən düzəldilmişdi.

Almaz Həsənli

Seçilən
12
1
oxumeni.az

2Mənbələr