AZ

Hava kəskin soyuyur: Bəzi yerlərdə 10 dərəcə şaxta olacaq

Fevralın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Temperatur gecə 3-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Seçilən
24
49
nocomment.az

10Mənbələr