Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la cavab görüşü "Qarabağ"ın futbolçusu Kamilo Duran üçün əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, bu haqda Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.
24 yaşlı hücumçu matçda fərqlənib və cari mövsüm turnirdəki qollarının sayını 5-ə çatdırıb. Bununla da Duran Çempionlar Liqasında 1 mövsümə 5 qol vurmağı bacaran 2-ci kolumbiyalı futbolçu olub.
Daha əvvəl bu nəticəni "Monako"nun sabiq oyunçusu Radamel Falkao 2016/17 mövsümündə göstərib.
Duran ötən ilin yayından "Qarabağ"ın formasını geyir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta