AZ

Pakistanın Pəncab əyalətində terror - Ölü və yaralılar var

Bakı. Trend:

Pakistanın Pəncab əyalətində təhlükəsizlik qüvvələrinə məxsusnəzarət-buraxılış məntəqəsinə (NBM) terror hücumu olub.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

İlkin məlumata görə, Bhakkar rayonunun ərazisində yerləşən NBMterrorçu-kamikadzenin hücumuna məruz qalıb. Terrorçunun üzərindəkipartlayıcı qurğunu işə salması nəticəsində baş verən partlayışda 4polis əməkdaşı həlak olub, 3 nəfər yaralanıb.

Yaralılar ətrafdakı xəstəxanalara çatdırılaraq müalicəyə alınıb.Hücumdan sonra güc strukturlarının ərazini mühasirəyə aldığı vəgenişmiqyaslı təhlükəsizlik tədbirlərinin görüldüyü qeydolunur.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinəgötürməyib.

Məqalədə:
Seçilən
2
az.trend.az

1Mənbələr