AZ

Bibi evdə dava saldı, gəlinin üstünə çaydan atdı İşığı çox yandırırsan

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Şamaxı rayonunda 1979-ci il təvəllüdlü İlhamə qardaşının gəlini Ayselə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 29-da baş verib. İlhamə həmin gün saat 10 radələrində yaşadıqları fərdi yaşayış evində aralarında baş vermiş mübahisə zamanı qohumu Ayselin hərəkətlərinə əsəbləşib, onun hər iki qoluna qəsdən vurub. İlhamənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.İş üzrə ifadə verən İlhamə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Aysel gəlinləri olub və onunla əvvəllər münasibətləri yaxşı olub, aralarında ədavət, dava-dalaş olmayıb:“Aysel ilə qardaşı oğlu Əli 2021-ci ildə ailə həyatı qurub, birgə nikahdan iki övladları olub. Ailə vəziyyətim ilə əlaqədar onlarla birlikdə yaşayıram”. İlhamə qeyd edib ki, 2025-cu ilin avqustun 29-da, saat 10 radələrində evdə olduğu zaman qazın və işığın çox yandırılmasına görə gəlin Ayselin israf etməməli olduğunu deyib: “Bu zaman aramızda mübahisə yarandı. Mübahisə vaxtı Ayselin hər iki qolundan tutara arxaya itələdim və masanın üstündəki dəm çaydanını götürərək, alın hissənə bir dəfə zərbə ilə vurdum. Daha sonra qardaşım oğlu evə gəldi. Qardaşım oğlu Ayseli sakitləşdirmək istəsə də, o sakitləşmədi və atasına zəng edərək evdən getdi”. Zərərçəkmiş Ayselin sözlərinə görə, Əli adlı şəxs onun əri, İlhamə isə ərinin bibisi olmaqla, həmin şəxslərlə əvvəllər münasibətləri yaxşı olmasa da, aralarında ədavət və dava-dalaş olmayıb6 “Əli ilə 2021-ci ildə ailə həyatı qurmuşam, birgə nikahdan iki övladımız olub. Evləndiyim vaxtdan bu günə qədər ərim ilə evdə mübahisələrimin olmasına baxmayaraq, atam hər dəfə ailəmin dağılmamasını istəyib, işimizə müdaxilə etməyib, sadəcə məsləhət verərək barışdırıb”.Aysel qeyd edib ki, avqustun 29-da, saat 10 radələrində evdə olduğu zaman onlarla birgə yaşayan İlhamə guya qazı və işığı çox yandırdığına görə onunla mübahisə edib: “Həmin vaxt bizi saxlamayacağını deyərək hər iki qolumdan tutub arxaya itələdi. Daha sonra isə masanın üstündəki dəm çaydanı ilə alın nahiyəmə bir dəfə zərbə endirdi. Mən yerə yıxıldım, özümə gəldikdən sonra heç nə demədim, mübahisə sakitləşdi. Bir neçə saat sonra isə İlhamə baş vermiş hadisəni ərimə danışdı. Həmin vaxt ərim məni sakitləşdirmək məqsədilə belimə əli ilə vurdu. Daha sonra atama zəng etdim, atam gələrək məni öz evinə apardı”. Bu cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb. 

Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.Həmçinin oxu:

Kimin evində varsa, bəxti gətirdi — 3000 manata alırlar

Robot tozsoranla oynayarkən bilmədən 24 ölkədəki minlərlə ailənin canlı görüntülərini gördü

Əvvəllər əsgərlərə cəsarət versin deyə yedirirdilər — Yenidən satışdadırFariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
demokrat.az

1Mənbələr