UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab oyununda “Qalatasaray” səfərdə “Yuventus”la üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, görüş bir neçə kanal vasitəsilə canlı yayımlanacaq. Azarkeşlər qarşılaşmanı “CBC Sport” və TRT 1-dən canlı izləyə biləcək.
Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Xatırladaq ki, İstanbulda keçirilən ilk görüş “Qalatasaray”ın 5:2 hesablı qələbəsilə başa çatıb.