AZ

Meksika Prezidenti: “Bütün cinayətkarlar layiqli cəzalarını alacaq”

Meksika Prezidenti Claudia Sheinbaum Xalisko Yeni Nəsil Kartelinin lideri, ölkənin ən çox axtarılan narkotik baronu kimi tanınan El Mencho-nun öldürülməsindən sonra artan zorakılıq fonunda ölkə üzrə təhlükəsizlik riskinin olmadığını bildirib.

Vətəninfo.az xəbər verir ki, Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında çıxış edən Şeynbaum təhlükəsizlik qüvvələrinin vəziyyəti nəzarətə almaq üçün bütün gücü ilə çalışdığını vurğulayıb.

Prezident 2026-cı il futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Guadalajara şəhərinin təhlükəsizliyinə də toxunaraq, “Bütün təminatlar yerindədir, heç bir risk yoxdur” deyə qeyd edib.

Şeynbaum bildirib ki, El Menço tanınmış fiqur olduğuna görə hadisə geniş rezonans doğurub: “Hadisə bazar günü baş verib, dünən insidentlərin sayı azalıb. Bu gün bütün fəaliyyətlərin normal axarına dönəcəyini gözləyirik”.

El Mençonun öldürülməsindən sonra Qvadalaxaranın müxtəlif ərazilərində zorakılıq halları qeydə alınıb, sakinlər təhlükəsizlik səbəbindən evlərində qalmağa üstünlük veriblər.

Meksikada federal təhlükəsizlik qüvvələri Jalisco ştatının paytaxtı Qvadalaxaradan təxminən 130 kilometr cənubda yerləşən Tapalpa şəhərində Jalisco New Generation Cartel-ə (CJNG) qarşı hərbi əməliyyat keçirib. Rəsmi məlumatlara görə, kartel lideri El Menço toqquşma zamanı öldürülüb.

Əməliyyatdan sonra ehtimal edilən qisas aktları çərçivəsində Xaliskoda və bir sıra digər ştatlarda yol blokadaları qurulub, nəqliyyat vasitələri və obyektlər yandırılıb.

Xalisko ştat hökuməti sakinləri evdə qalmağa çağırıb, ictimai nəqliyyatın hərəkətini dayandırıb və ictimai təhlükəsizliyə təhdid səbəbilə “qırmızı həyəcan” rejimi elan edib.

Məlumata görə, El Mençonun öldürülməsündən sonra başlayan zorakılıq dalğasında 25 təhlükəsizlik əməkdaşı da daxil olmaqla ümumilikdə 73 nəfər həlak olub. Ölkənin bir çox bölgəsində gərginlik davam edir.

Seçilən
0
veteninfo.az

1Mənbələr