AZ

BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı

19 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "MERKURİ BOKT” ASC-nin 1,1 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.

Qeyd olunan AZ2002019753 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 25 fevral 2026-cı il tarixində yekunlaşmışdır.

Marja xəbər verir ki, illik gəlirlilik faizi 17% olan istiqrazlara 50 investor 50 sifariş təqdim edib. Emissiyanın tam məbləği yerləşdirilib. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "MERKURİ BOKT” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2002019753

İstiqrazların növü və forması:  Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması: Kütləvi/Birqiymətli Hərrac 

İstiqrazların sayı:  22 000 ədəd

İlkin ticarət qiyməti:  50 manat

İstiqrazların buraxılış həcmi:  1 100 000 manat

İllik gəlirlilik faizi:  17%

Hərrac qiyməti: 50 manat

İstiqrazların reallaşdırılmış həcmi:  1 100 000 manat

İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə):  1 100 000 manat

İnvestor sayı:  50

Sifariş sayı:  50

Ödəmə Periodu:  İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti:  5 il

Anderrayter:  “CPM-İnvest İnvestisiya Şirkəti” ASC

Seçilən
26
2
marja.az

3Mənbələr