AZ

“Sistaninin iddiası reallığı əks etdirmir”

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ali əl-Sistani ABŞ-nin İrana hücumu halında cihad elan ediləcəyinə dair fətva verib.

Sistaninin nümayəndəsi ilə Mohammad Kazem Al-Sadeq – İranın Bağdaddakı səfiri arasında keçirilən görüşdə Tehrana şifahi mesaj çatdırılıb. Mesajda bildirilib ki, əgər ABŞ İrana hücum edər və İranın ali rəhbəri  Əli Xameneyi zərər görərsə, İraqdakı Amerika qüvvələrinə qarşı “cihad” elan oluna bilər.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Gununsesi.info -ya açıqlamasında qeyd edib ki, bu iddialar əsasən dini savaş kontekstində təqdim olunur.

“Lakin İranla ABŞ arasındakı qarşıdurma dini qarşıdurma deyil. ABŞ İranın din xadimlərinə və dindarlarına hücum etməyib, məscidlərə zərər verməyib. Buna görə də İran bu savaşı dini münaqişə saymır. Bu baxımdan Sistaninin iddiası reallığı əks etdirmir.

Digər tərəfdən, iddia olunur ki, ABŞ guya Xameneini qətlə yetirəcək. Əgər ABŞ bunu istəsəydi, bunu 2025-ci ilin yayında baş verən müharibə zamanı edərdi. Deməli, ABŞ-nin gündəliyində belə bir məsələ yoxdur.

Xamenei isə dünya müsəlmanlarının lideri deyil. O, İran konstitusiyasına görə İranın ali rəhbəri və dövlət başçısıdır. Bir dövlət başçısının öldürülməsi heç vaxt dünya müsəlmanlarının cihad etməsinə səbəb ola bilməz”.

Siyasi şərhçi hesab edir ki, Sistaninin belə bir fətva verə biləcəyi barədə yayılan xəbərlər isə yalnız İraqdakı müsəlmanlar ilə ABŞ arasında ziddiyyət yaratmaq cəhdindən ibarətdir.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
icma.az

1Mənbələr