AZ

Trampın yadplanetlilərlə bağlı tapşırığından sonra milyonlarla məxfi fayl yoxa çıxıb

ABŞ Prezidenti Donald Tramp uçan naməlum obyektlərlə (UNO), yadplanetlilərlə bağlı sənədlərin açıqlanması barədə göstəriş verdikdən bir gün sonra "Black Vault" serverindən 3.8 milyon müvafiq hökumət faylı yoxa çıxıb.

Bu barədə "Daily Mail" məlumat yayıb.

Qeyd olunub ki, arxivin rəhbəri Con Qrinvald Jr. serverin fevralın 20-də silindiyini bildirib. Nəticədə UNO-lar, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli layihələri və sabiq prezident Con Kennediyə sui-qəsdlə bağlı yüzlərlə giqabayt məlumat itib.

Giriş qeydlərində izahsız dəyişikliklər aşkar edilsə də, faylların ehtiyat nüsxələri saxlanıldığı üçün materiallar sonradan bərpa olunub. Hadisənin texniki səhv, yoxsa qəsdən müdaxilə nəticəsində baş verdiyi araşdırılır.

Donald Tramp müdafiə naziri Pit Heqsetə yadplanetlilərlə bağlı materialların açıqlanmasını tapşırıb. O, bundan əvvəl keçmiş prezident Barak Obamanı bu mövzuda danışdığına görə tənqid etmişdi.
Seçilən
6
7news.az

1Mənbələr