AZ

12 yaşlı uşaq uzun müddət “Coca-Cola” içdi – QAN QUSDU

Rusiyanın Vladivostok şəhərində 12 yaşlı uşaq qan qusma ilə təcili şəkildə xəstəxanaya yerləşdirilib. Məlumata görə, uzun müddət “Coca-Cola” içməsi nəticəsində onda eroziyalı qastritin kəskinləşməsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə 1 saylı Vilayət Uşaq Klinik Xəstəxanası məlumat yayıb.

Həkimlər bildiriblər ki, müayinə zamanı mədəyə endoskop daxil edilərkən selikli qişaya minimal toxunuş belə dərhal mikroqanaxmalara səbəb olub.
 

“Mədəyə daxil olduqda, endoskopun selikli qişaya ən zəif təması belə ani mikroqanaxmalar yaradırdı. Bu, uşağın artıq eroziyalı qastrit üçün bütün ilkin şərtlərə malik olduğunu göstərir və kola istifadəsi vəziyyəti daha da ağırlaşdırıb”, – məlumatda deyilir.


Mütəxəssislərin sözlərinə görə, sağlam mədə bu cür təsirə davam gətirə bilər. Lakin mədə-bağırsaq sistemi xəstəlikləri olan şəxslərdə bu tip qazlı içkilərin qəbulu belə ağır fəsadlara gətirib çıxarıb.

Kolanın tərkibində ortofosfor turşusu var. Bu maddə hətta az miqdarda belə zəifləmış selikli qişada eroziya və qanaxmaya səbəb ola bilər.

Həkimlər son dövrlərdə uşaqlar arasında eroziyalı qastrit, pankreatit və hətta pankreonekroz hallarının artdığını bildirirlər. Buna səbəb təkcə qazlı içkilər deyil, həm də gənclər arasında populyar olan Çin istehsalı “latyao” adlı çeynənən qəlyanaltı və fastfud məhsullarıdır. Bir çox hallarda xəstəxanada müalicə uzun müddət davam edir.

Bizim.Media

Seçilən
7
bizim.media

1Mənbələr