AZ

Dövlət Xidmətində vətəndaş infarktdan öldü

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Xidmətində ölüm hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Cəlilabad rayonunda, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan inzibati binada baş verib.

Rayonun Buravar kənd sakini, 1955-ci il təvəllüdlü Tofiq Yadulla oğlu Ağayev inzibati binada infarktdan ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
3
lent.az

4Mənbələr