AZ

Binəqədi yolundakı xaosun səbəbi bilindi

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Azadlıq prospektinin Dövlət Miqrasiya Xidməti binasının qarşısından Baksol körpüsünə qədər olan hissəsi artıq sadəcə yol deyil, sürücülərin hər gün səbrinin sınağa çəkildiyi çıxılmaz nöqtədir. Paytaxtın "şimal qapısı" sayılan bu istiqamətdə günün istənilən saatında maşınların dayanması artıq adi hala çevrilib. Lakin bu sıxlığın arxasında yalnız avtomobillərin çoxluğu deyil, həm də illərdir həllini tapmayan xırda görünən bəzi səhvlər dayanır.Ərazidəki ən böyük xaos Süleyman Sani Axundov küçəsi ilə prospektin birləşdiyi yerdə yaşanır. Burada nə işıqfor var, nə də hərəkəti nizama salan bir qurğu. "Mələk" restoranı yaxınlığından geriyə dönmək istəyən hər bir sürücü Binəqədi istiqamətinə gedən axının önünü kəsməyə məcbur qalır. Bu nizamsızlıq zəncirvari reaksiya yaradaraq kilometrlərlə uzanan tıxacın ilk həlqəsini təşkil edir.Rəsulzadə qəsəbəsi tərəfə gedən yolda isə vəziyyət daha maraqlıdır. İki zolaqlı yoldakı nişanlanma xətləri sürücülər arasında sanki qorxu yaradıb. Çoxu elə bilir ki, həmin xətlərə görə zolaqdan düz getsələr cərimə olunacaqlar. Halbuki həmin ərazidə cərimə yazılması qanuna ziddir. Bu qeyri-müəyyənlik sürücülərin ehtiyatlı davranaraq yolu süni şəkildə daraltmasına səbəb olur.Binəqədi şosesinin başlanğıcındakı o bitib-tükənməyən təmir işləri isə ayrı bir dərddir. Aylardır davam edən proses sanki dondurulub. Bu yol təkcə yaxınlıqdakı binaların sakinlərini deyil, həm də Novxanı, Mehdiabad, Fatmayi, Digah və Goradil kimi böyük yaşayış sahələrini Bakının mərkəzi ilə bağlayır. Şəhərin bu qədər yükünü daşıyan dörd zolaqlı yolun belə plansız şəkildə istismar edilməsi infrastrukturun bu yükə tab gətirmədiyini açıq göstərir.Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında sözügedən ərazidə layihənin icrası nəzərdə tutulub.İslam

Demokrat.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
demokrat.az

1Mənbələr