AZ

Azərbaycanın əsas infrastruktur problemləri köklü şəkildə öz həllini tapıb Millət vəkili

525.az saytına istinadən ain.az xəbər verir.

“Son 20 il ərzində həyata keçirilən regional inkişaf proqramları nəticəsində Azərbaycanın əsas infrastruktur problemləri köklü şəkildə öz həllini tapıb. Elektrik enerjisi sahəsində əldə olunan nailiyyətlər, generasiya güclərinin təxminən 10 min meqavata çatdırılması, ötürücü və paylayıcı şəbəkələrin vahid sistem halına gətirilməsi ölkəmizin enerji təhlükəsizliyini tam təmin edib. Vaxtilə enerji qıtlığı yaşayan, hətta elektrik enerjisini idxal edən Azərbaycan bu gün artıq ixracatçı ölkəyə çevrilib. Bu, həm iqtisadi uğur, həm də siyasi müstəqilliyin və milli təhlükəsizliyin mühüm dayağıdır. Həmçinin qazlaşmanın 96 faizə çatdırılması da dövlətin sosialyönümlü siyasətinin bariz nümunəsidir. Bu gün Azərbaycan öz daxili tələbatını ödəməklə yanaşı, Avropanın və regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir”.

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. Millət vəkili vurğulayıb ki, avtomobil yollarının, körpülərin, tunellərin, mühəndis-kommunikasiya xətlərinin inşası ölkənin bütün ərazilərini, o cümlədən işğaldan azad edilmiş torpaqları vahid infrastruktur şəbəkəsinə birləşdirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr göstərir ki, bu torpaqlar ən müasir standartlara uyğun şəkildə yenidən qurulur. Su təhlükəsizliyi məsələsi isə xüsusi olaraq diqqət mərkəzində saxlanılır:

“Son 20 ildə inşa edilən dörd böyük su anbarı, xüsusilə “Taxtakörpü” və “Şəmkirçay” su anbarları bu gün həm Bakının, həm də regionların su təchizatında həlledici rol oynayır. Əgər bu strateji layihələr vaxtında həyata keçirilməsəydi, bu gün ölkəmiz ciddi su problemləri ilə üz-üzə qala bilərdi. Ceyranbatan su anbarının tam yenidən qurulması, müasir təmizləyici qurğuların istifadəyə verilməsi dövlətin insan sağlamlığına və həyat keyfiyyətinə verdiyi önəmin göstəricisidir”. 

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
525.az

1Mənbələr