AZ

Mehdiyev AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı görüntülər (FOTO)

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilirb

 

Bugünkü iclasın gündəliyinə iki məsələ - Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsi və illik hesabatının dinlənilməsi daxil edilmişdi. Lakin AMEA bu gün açıqlama yayaraq R.Mehdiyev məsələsinə yalnız ona hökm oxunduqdan sonra baxılacağı və qərar veriləcəyini bəyan edib.

 

"Qafqazinfo”nun məlumatına görə, Azərbaycan elmində əldə olunmuş yeniliklərin müzakirə edildiyi toplantıda AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə rəhbərləri və müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Toplantıda illik hesabat çıxışları səsləndirilib, ötən ilin elmi nəticələri və qarşıya qoyulan digər məsələlər diqqətə çatdırılıb.

 

Maraqlı məqam isə iclas zamanı zalda sükutun hökm sürməsidir. Belə ki, elmi mövzuların müzakirə edildiyi tədbirdə aralarında alimlərin yer aldığı bəzi iştirakçıların mürgülədiyi müşahidə olunub. Bu da müzakirələrin maraqsız və sönük keçdiyinə diqqət çəkib.

 

Seçilən
36
29
milliyol.az

10Mənbələr