AZ

ABŞ Rusiyaya qarşı yeni sanksiya tətbiq edib

ABŞ Rusiyaya qarşı yeni sanksiya tətbiq edib.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi – Office of Foreign Assets Control (OFAC) dörd fiziki və üç hüquqi şəxsi sanksiya siyahısına daxil edib. Məlumata görə, məhdudiyyətlər “CAATSA” qanunu və kiber fəaliyyətlərlə bağlı tətbiq olunan tədbirlər çərçivəsində həyata keçirilib.

Siyahıya Rusiya və Özbəkistan vətəndaşları – Sergey Zelenyuk, Oleq Kuçerov, Marina Vasanoviç və Azizjon Mamaçoyev daxil edilib. Eyni zamanda, Rusiya və BƏƏ-də qeydiyyatdan keçmiş “MATRIX”, “Advance Security Solutions” və “Special Technology Services” şirkətləri də sanksiyalara məruz qalıb.

Xatırladaq ki, fevralın 19-da ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətinin daha bir il uzadılması barədə sərəncam imzalayıb. Qərar 2014-cü ildə Barack Obama administrasiyası, 2018-ci ildə Tramp administrasiyası və 2022-ci ildə Joe Biden administrasiyası dövründə tətbiq edilən məhdudiyyətləri əhatə edir.

Bundan əlavə, yanvarın 9-da Tramp Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəklədiyini açıqlayıb. Bununla yanaşı, Vaşinqtonun bu addımı atmağa məcbur qalmayacağına ümid etdiyini də bildirib.

Seçilən
12
7times.az

1Mənbələr