AZ

Bazar günü “Tofiq Bəhramov”u “partladaq?” – ÇAĞIRIŞ!

Heç şübhəsiz, yerli futbolsevərlər Misli premyer-liqasında 22-ci turun başlamasını dörd gözlə gözləyir. Ona görə ki, bu həftə, daha doğrusu, bazar günü “Qarabağ” “Sabah”ı qəbul edəcək. Nyukasldan yorğun qayıdacağına şübhə olmayan Ağdam təmsilçisi liderlə matça mütləq tam hazır vəziyyətdə çıxmalıdı. Axı mümkün xal itkisi çempionluq hədəfini ciddi təhlükə altına atacaq.

Hər halda, komandanın istirahət və hazırlıq üçün üç gün çox vaxtı olacaq. Ancaq bu baxımdan Masazır təmsilçisi daha şanslıdı. Çünki 21-ci turda “Kəpəz”i məğlub edərək liderliyini möhkəmlədən “bayquşlar”ın hazırlıq prosesi üçün nə az, nə çox – 6 gün vaxtı var.

Əlbəttə, qarşıdakı günlərdə oyunla bağlı başqa məqamlara da yer verəcəyik. Lakin bu yazının məqsədi azarkeşlərin məhz bu qarşılaşmada tribunalarda olmasına xidmət edir. Matçın vacibliyi göz önündədi. Turnir cədvəli hər şeyi deyir. Ancaq premyer-liqa oyunlarının tamaşaçı sayı ürəkağrıdan səviyyədədi. Dəfələrlə biz demişik, sonda “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas da dilə gəldi, tərəfdarları “Tofiq Bəhramov”a çağırdı. Yəqin “bayquşlar”ı sevən hər kəs litvalı mütəxəssisin çağırışına hörmətlə yanaşacaq, həmin gün stadionda olacaq.

Uzun illərdi rəqabətə acıq. Və fikirlərini öyrəndiyimiz azarkeşlərin hamısı məhz çempionatda rəqabətin olmamasından gileylənib, tribunaların boş olmasının səbəbini həmin məqamla əlaqələndirib. Bu da sizə rəqabət! “Sabah” qalib gəlsə, xal fərqi 10-a çatacaq! Bundan sonra “Qarabağ”ın çempionluq şansı minimuma enəcək. “Köhlən atlar” qələbə qazanacağı təqdirdə isə yalnız xal fərqini azaltmış olacaq. Belədə, təbii ki, hər iki komandanın taleyi azarkeşlərini narahat etməlidi.

İndi deyin görək: gələcəksiz?

KƏNAN BAHADIR

Seçilən
14
2
football-plus.az

3Mənbələr