AZ

"Bizə azarkeşlərimizin döyüş ruhu lazımdır" - Spalletti "Qalatasaray"la cavab matçından danışdı

Bu gecə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində İstanbulda  2:5 hesabı ilə yenildiyi "Qalatasaray"ı qəbul edəcək "Yuventus"un baş məşqçisi Luçano Spalletti matç ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini Turin təmsilçisinin rəsmi saytı belə çatdırıb:

"Bəzi oyunları oynamırlar, yaradırlar. Bu qarşılaşma daha çox şey tələb edir. Bizə azarkeşlərimizin döyüş ruhu lazımdır. Bilirik ki, vəziyyət çətindir, amma tərəfdarlarımızdan bizi dəstəkləmələrini xahiş edirik. Biz onlarla güclüyük. Sona qədər mübarizə aparacağıq. 

Öz qiymətimizi bilirik. Yumruq kimi birləşməli, kompakt hərəkət etməliyik. Gücümüzün sərhəddinin bu olmadığını göstərməliyik".

Toğrul 

Seçilən
4
1
fanat.az

2Mənbələr