Bakı. Trend:
Qazaxıstanın Karağandı əyalətində ölkənin hava qüvvələrinəməxsus “Su-30CM” qırıcısı qəzaya uğrayıb.
Trend xəbər verirki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, toqquşmadan əvvəl hərbi təyyarənin ekipaj üzvlərikatapult etməyə nail olublar. Hər iki pilot qəzadan sağ ayrılıb.Qəza yerində əhaliyə və ya infrastruktur obyektlərinə hər hansıtəhlükənin yaranmadığı qeyd olunur.
Qazaxıstanın Müdafiə Nazirliyi qəzanın səbəblərininmüəyyənləşdirilməsi üzrə istintaqın aparılması üçün komissiyayaradıb.