AZ

​​​​​​​Nəriman Həsənzadə – 95: Aygün Əliyeva

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə QHT ictimaiyyəti tərəfindən xüsusi təşəbbüsə start verilib.

QHT.az “Nərmiman Həsənzadə Poetry Challenge” çərçivəsində QHT sədrlərinin ürək sözlərini sizlərlə bölüşür. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva:

"Nəriman Həsənzadəni həm 95 illik yubileyi, həm də Azərbaycanın ən ali mükafatı olan Heydər Əliyev ordeni ilə təltif edilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Ədəbiyyat Fondunun rəhbəri Varis Yolçuyevin sosial şəbəkələrdə başladığı kampaniyanı dəstəkləyir, dəyərli həmkarım Əkbər Qoşalıdan estafeti böyük məmnuniyyətlə qəbul edirəm və Nəriman Həsənzadə lirikasından iki bənd səsləndirmək istəyirəm:

Yenə də gözlərim gözümdə qalıb,
Gördüyüm mənaya qurban olaram.
Əgər həqiqətsən, mən həqiqətə,
Röyasan, röyaya qurban olaram.

Çatsın hər muradın başa dünyada,
Bir arzum dəyməsin daşa dünyada.
Bu dünya gözəldi, yaşa dünyada,
Sən olan dünyaya qurban olaram.

Dəyərli Nəriman müəllim, sizi elə öz misralarınızla bir daha təbrik edirəm. Sizə bu dünyada uzun ömür sürməyi, yaratmağı və dünyamızı daha da gözəlləşdirməyi arzulayıram.

Böyük məmnuniyyətlə estafeti sizi sevən hər bir oxucuya ötürürəm. Yubileyiniz mübarək!"

 

Seçilən
35
qht.az

1Mənbələr