AZ

Qazaxıstanda qırıcı təyyarə QƏZAYA UĞRADI

Qazaxıstanın Karaqanda vilayətində planlı təlim-məşq uçuşları zamanı "Su-30SM" tipli qırıcı təyyarə qəzaya uğrayıb.
 
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
 
Nazirliyin mətbuat xidmətinin açıqlamasına görə, ekipaj üzvləri vaxtında katapult edərək sağ qalıblar. Pilotlar hazırda həkim nəzarətindədir.
 
Hadisənin səbəblərinin və başvermə şəraitinin araşdırılması üçün Qazaxıstan Müdafiə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılıb. Komissiyaya Uçuş Təhlükəsizliyi Departamentinin rəhbəri başçılıq edir.
 
Seçilən
19
moderator.az

1Mənbələr