AZ

“İlyasekspres”dən “Fenomen”ə – Gənc sahibkarın uğur yolu

Azərbaycanda pərakəndə geyim sektorunda tanınan iş adamlarından biri də sosial şəbəkələrdə “ilyasekspres” adı ilə məşhur olan İlyas Möhnətovdur. O, uzun illərdir “Ekspres ucuzluq” geyim mağazalarının rəhbəri kimi fəaliyyət göstərir.

Doğru.az xəbər verir ki, gənc yaşda biznesə başlayan sahibkar qısa müddətdə təşəbbüskar və məqsədyönlü fəaliyyəti ilə diqqət çəkməyi bacarıb. Onun rəhbərlik etdiyi mağazalar münasib qiymət siyasəti ilə geniş müştəri kütləsinə xidmət göstərir.

2019-cu ildə İlyas Möhnətov PHENOMENON AWARDS layihəsi çərçivəsində “FENOMEN” adına layiq görülüb. Mükafatlandırma zamanı onun biznes yanaşması və formalaşdırdığı iş modelinin fərqliliyi xüsusi vurğulanıb.

2024-cü ildə isə sahibkar Ganjavi Holding tərəfindən təşəkkürnamə ilə təltif edilib. O, holdinqlə əməkdaşlığa və qurumun təsisinin üç illiyi münasibətilə mükafatlandırılıb.

Qeyd edək ki, yerli sahibkarların uğur hekayələrinin ictimaiyyətə təqdim olunması ölkədə biznes mühitinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

DOĞRU.AZ

Seçilən
38
1
dogru.az

2Mənbələr