"Qarabağ"ın dünya reytinqindəki mövqeyi bəlli olub.
Fanat.Az xəbər verir ki, Ağdam klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda 768,75 xalla 71-ci pillədə qərarlaşıb.
Sıralama 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan dövrü əhatə edir.
Siyahıda digər Azərbaycan klublarından “Neftçi” 300 xalla 375-ci, “Zirə” 290,5 xalla 399-cu, “Sabah” isə 283,25 xalla 411-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda ilk "üçlüy"ü “Real Madrid” (1753 xal), “Mançester Siti” (1605 xal) və “Flamenqo” (1536 xal) tutur.