GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Türkiyə əhalisinin 2025-ci ildə ən çox nikaha daxil olduğu əcnəbilər arasında Azərbaycan vətəndaşları üstünlük təşkil edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi (TÜIK) məlumat yayıb.
Ötən il Türkiyədə evlənən cütlüklərin sayının 552 min 237 olduğu, ən çox nikah bağlananlar arasında azərbaycanlıların da yer aldığı açıqlanıb.
TÜİK məlumatlarına görə, əcnəbi gəlinlər arasında azərbaycanlı, suriyalı, özbək və mərakeşli qadınlar üstünlük təşkil edib; əcnəbi bəylər isə əsasən suriyalı, alman və afqan olub. Son 10 ildə əcnəbi gəlinlərin nisbətində 68 faiz artım müşahidə olunub və xüsusilə özbəklərin siyahıda nəzərəçarpacaq dərəcədə yer tutduğu görünür. Əcnəbi bəylər siyahısında isə diqqət çəkən dəyişikliklər var.
Statistikaya əsasən Azərbaycan ən çox əcnəbi evililiklərin yer aldığı siyahıda dördüncüdür.
Safura Bənnayeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.