ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran ABŞ-ın artan təzyiqləri fonunda Çin və Rusiya ilə hərbi əlaqələri gücləndirməyə çalışsa da, bu əməkdaşlıq əsasən məhdud və simvolik xarakter daşıyır. The Wall Street Journal yazır ki, Pekin və Moskva iqtisadi və diplomatik münasibətləri genişləndirsələr də, ABŞ prezidenti Donald Trump İrana qarşı hərbi addım atacağı təqdirdə birbaşa hərbi müdaxiləyə meylli görünmürlər. Analitiklərin fikrincə, Çin və Rusiyanın Tehranla münasibətləri strateji maraqlara əsaslanır və bu əlaqələr klassik hərbi müttəfiqlik öhdəliyi səviyyəsində deyil.Çin və Rusiya İrana real təhlükə anında hərbi dəstək verməyəcəksə, Tehran bu strateji balansı necə qoruyacaq?
Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-İran gərginliyi hər gün geniş miqyaslı müharibə risklərini hər ötən gün yaxınlaşdırsa da, diplomatik təmaslar da davam etdirilir və tərəflər hərbi toqquşmalardan qaçmağın yollarını axtarır.
Əli Orucov
“Tehran Vaşinqtonla razılaşma üçün təkliflərini göndərib. Həmin təkliflərdə nüvənin zənginləşdirilməsinin minumuma endirilməsi, nüva subyektlərinə beynəlxalq monitorinq aparılmasına icazə verilməsi, nadir torpaq minerallarının və karbohidrogen resurslarının işlənməsi ilə bağlı birgə əməkdaşlıq kimi vacib sahələr öz əksini tapıb.
Qalır raket texnologiyasının o cümlədən ballistik raketlərin təkmilləşdirilməsi və tətbiq edilən sanksiyaların paralel olaraq qaldırılması əsas fikir ayrılıqları qalmaqdadır. İsrail isə raket texnologiyaları ilə bağlı proqramın da aradan qaldırılmasında təkid edir. İranla Rusiya və Çin hərbi müttəfiq olmasalar da strateji müttəfiqdirlər. Pekinin və Moskvanın İran üzərindən maraqlarından asanlıqla Vaşinqtona güzəşt ediləcəyi inandırıcı deyil. Çin Venesueladan ucuz qiymətə neft idxal edirdi. Artıq bundan məhrum olunub. Eyni zamanda Çinin neft və mayeləşdirolmiş vavi qaz idxalının 60-70 faizi Hörmüz boğazından keçməklə gerçəkləşdirilir”-deyə politoloq qeyd edib.
Əli Orucov bildirib ki, Çinlə İran arasında 10 il əvvəl imzalanmış müqavilələrə görə Pekin İran iqtisadiyyatına mərhələli şəkildə 200 milyarddan çox investisiya yatıracaq: “Artıq bu layihələrin də bir çoxu həyata keçirilib. Rusiya və Çin strateji nəqliyyat dəhlizləri ilə də bağlı ortaq layihələrə malikdirlər. Belə olan halda, ABŞ İrana hərbi müdaxilə edərsə Moskva və Pekin buna sadəcə seyrçi kimi qalmayacaqlar. Birbaşa ABŞ-la müharibəyə də girməyəcəklər. Ancaq "hibrid müharibə" də iştirakları proqnozlaşdırılır.
İrana lazımı hərbi, siyasi, lojistik, kəşfiyyat dəstəyi veriləcək, müdafiə qabiliyyətini gücləndirməsi üçün də köməklik göstəriləcək. Gərginliyin davam etdiyi indiki dönəmdə Çinin və Rusiyanın hərbi yük təyyarələri İrana uçuşlarını intensivləşdirib. Ağ Ev rəhbəri hər nə qədər təhdid dilində danışsa da, Rusiya və Çin faktorunu nəzərə almaya bilməz. Çünki İranla müharibə təkcə İran üçün deyil ABŞ və müttəfiqləri üçün də ciddi nəticələr doğurar”.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.