AZ

Osimhen “Yuventus”da oynamaq istəyir

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen vaxtilə “Yuventus”a keçmək istədiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, nigeriyalı forvard “Qalatasaray” variantı yaranmazdan əvvəl Turin klubunda oynamağın arzusunda olduğunu bildirib.

Osimhen hazırkı komandasında xoşbəxt olduğunu qeyd etsə də, gələcəkdə “Yuventus”u təmsil etməyin şərəf olacağını vurğulayıb.

Qeyd edək ki, “Qalatasaray” bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə “Yuventus”la qarşılaşacaq. İlk matç İstanbul təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
11
idmanxeber.az

1Mənbələr