AZ

Premyer Liqa nəhənginin hədəfindəki milli üzvü

“Mançester Yunayted” heyətini gücləndirmək üçün “Nottingem Forest”in ingiltərəli yarımmüdafiəçisi Morqan Gibbs-Uaytı transfer etmək niyyətindədir.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” 26 yaşlı futbolçunun vəziyyətini yaxından izləyən klubların sırasına qoşulub.

Mançester təmsilçisinin diqqət mərkəzində “meşəçilər”in digər yarımmüdafiəçisi Elliot Anderson da qalır.

“Nottingem Forest” mövsümün sonunda Premyer Liqanı tərk edəcəyi təqdirdə, İngiltərənin bir çox klubları komandanın aparıcı oyunçularını heyətinə qatmağa çalışacaq. “Meşəçilər”i düşmə zonasından 2 xal ayırır. Belə ki, komanda Premyer Liqada 27 turdan sonra topladığı 17 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

“Transfermarkt” portalında Morqanın transfer dəyəri 65 milyon avro təşkil edir. O, ötən yay klubu ilə müqaviləsinin müddətini 2028-ci ilə qədər uzadıb.

Seçilən
20
msport.az

1Mənbələr