Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Qarabağ" dünən "Newcastle United" ilə keçirilən oyunda 2-3 hesabı ilə məğlub oldu. Qarşılaşma gərgin mübarizə şəraitində keçdi. Tərəflər ümumilikdə beş qol vurub. Matç azarkeşlərin marağına səbəb olub. Bəs məğlubiyyətin arxasında hansı səbəblər dayanır?Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında tanınmış idman jurnalisti, “Rekord.az” saytının baş redaktoru Kənan Məstəliyev deyib ki, Qarabağın məğlubiyyətinin əsas səbəbi rəqibin gücüdür:"Burada hər hansı taktiki dəyişikliklər və futbolçuların performansı haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Çünki rəqib həqiqətən güclüdür. Rəqib öz meydanında oynayırdı, birinci qarşılaşmada böyük hesabla qalib gəlmişdi. Həm psixoloji, həm fiziki, həm də atletik üstünlük onların tərəfində idi. Güclü oyun sisteminə malik idilər. Rəqibin heyəti çox güclüdür, çox yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Heyətin dəyəri 750 milyon avro civarındadır. Fantastik komandadır və bu komandaya qarşı, xüsusilə də birinci qarşılaşmadan sonrakı nəticədən sonra, ancaq bu formada mübarizə aparmaq olardı".O deyib ki, ehtiyatlı oynamaq, müdafiədə etibarlı olmaq ilkin plan olmalı idi və Qurban Qurbanov da məhz bu planı seçdi. "Çox nadir hallarda müraciət olunan 5-4-1 sistemi ilə oynadı. Təəssüf ki, rəqibin yüksək pressinqi ilk 6 dəqiqədə nəticəsini verdi və 2 qol vurdular. Amma bundan sonra böyük hesablı məğlubiyyətin qeydə alınacağını gözləsək də, komanda özünü çox qısa müddətdə toparlaya bildi və 14 dəqiqə sonra hesabı bərabərləşdirə bildi. Üç-iki hesabı ilə məğlub olduq, amma Nyukasl səfərində iki qol vurmaq, hətta bərabərlik əldə etmək şansımızın olması özü bir nailiyyətdir.Mən düşünürəm ki, ingilis nəhənginə qarşı bu formada oynamaq özü də böyük təcrübədir və bacarıqdır. Məğlub olmalarına baxmayaraq, Qarabağ futbol klubuna təşəkkür düşür. Çünki klub bu mövsüm Azərbaycan futbol tarixinin ən böyük uğuruna imza atıb.Avropa Liqasında ilk dəfə biz liqa mərhələsinə yüksələrək pley-offa çıxmışıq. Bu, hazırda bizim maksimumumuzdur. Bundan artığını gözləmək də doğru olmaz", - deyə ekspert bildirib.Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.