Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycana məhsul idxalının həcmi 1,302milyard ABŞ dolları təşkil edib.
Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, idxalda dövlət sektoru 110,2 milyon dollar, özəlsektor 1,063 milyard dollar, fiziki şəxslər isə 128,8 milyon dollarpaya malik olub. 2025-ci ilin yanvar ayı ilə müqayisədə dövlətsektoru üzrə 7,7 dəfə, fiziki şəxslərin idxal əməliyyatları üzrə22,4% azalma qeydə alınıb. Bunlardan fərqli olaraq, özəl sektorüzrə isə idxal əməliyyatlarında illik müqayisədə 3% artım olub.
Hesabat dövründə dövlət sektorunun idxalda xüsusi çəkisi 8,46%,özəl sektorun 81,65%, fiziki şəxslərin isə idxalda payı 9,89%-əbərabər olub.
Eyni zamanda, bu ilin yanvar ayında Azərbaycandan məhsulixracının dəyəri 2,236 milyard ABŞ dolları olub.
Məlumata görə, ixracda dövlət sektoru 710,6 milyon dollar, özəlsektor 1,517 milyard dollar, fiziki şəxslər isə 7,836 milyon dollarpaya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bugöstəricilər müvafiq olaraq 41,4%, 16,5% və 9,2% azalıb.
Hesabat dövründə dövlət sektorunun ixracda xüsusi çəkisi 31,78%,özəl sektorun 67,87%, fiziki şəxslərin isə idxalda payı 0,35%-əbərabər olub.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5%azdır.
Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın,1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar vəya 36,5% azalıb.
Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3%azdır.