AZ

Panama ABŞ-yə görə müqaviləni pozub

AzVision.az “СNBC” telekanalına istinadən xəbər verir ki, qərar Ali Məhkəmənin əvvəlki güzəştlərin konstitusiyaya zidd olması barədə qərarına əsaslanır. Dövlət 18 aya qədər müddətə yeni bir güzəşt verilənə qədər Balboa və Kristobal limanlarının infrastrukturuna nəzarəti öz üzərinə götürüb.

“APM Terminals (Maerskin bir bölməsi)” Balboanın müvəqqəti operatoru, “Terminal Investment (MSC-nin törəmə müəssisəsi)” isə Kristobalın müvəqqəti operatoru olacaq.
Terminallarda əməliyyatların dayandırıldığını elan edən “CK Hutchison” şirkəti Panama prezidentinin fərmanını qanunsuz adlandırıb.

Panama kanalında ABŞ-yə “yaşıl işıq” yandırıldı
Xatırladaq ki, ABŞ və Çin arasındakı qarşıdurma fonunda limanlar üzərində mübahisə daha da şiddətlənib. ABŞ prezidenti Donald Tramp dəfələrlə Vaşinqtonun Panama kanalı üzərində nəzarətini bərpa etmək niyyətində olduğunu bildirib. Onun iddiasına görə, Amerika gəmiləri bu su yolundan keçmək üçün xeyli çox pul ödəyir. Bundan əlavə, Çin kanal üzərində təsirə malikdir.

Trampın Pekinin kanal üzərindəki təsiri ilə bağlı açıqlamalarından sonra “CK Hutchison” şirkəti özaktivlərinin 23 milyard dollar dəyərində bir hissəsini “BlackRock”un rəhbərlik etdiyi konsorsiuma satmağa razılaşdı. Lakin bu razılaşmanı tənqid edən Çin hakimiyyəti sövdələşməni təxirə saldı.

Pekin həmçinin Panamanı potensial siyasi və iqtisadi nəticələr barədə xəbərdar edərək, özünün dövlət şirkətlərinə ölkədəki layihələrini azaltmağı məsləhət görüb.

“Bloomberg” agentliyinin məlumatına görə, Panama “CK Hutchison Holdings” şirkəti ilə müqaviləni ləğv etdikdən sonra Çin dövlət şirkətlərindən Panamadakı yeni layihələr üzrə danışıqları ümumiyyətlə dayandırmağı istəyib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
24
1
azvision.az

2Mənbələr