AZ

Telegram CƏRİMƏLƏNİB

Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Məhkəmənin qərarına əsasən, platforma qadağan edilmiş məzmunu dəfələrlə silməməkdə təqsirli bilinib. Bildirilib ki, Telegram spirtli içkilər və qeyri-ənənəvi cinsi münasibətlər barədə məlumatlara çıxışı məhdudlaşdırmayıb. Qeyd olunur ki, beynəlxalq LGBT ictimai hərəkatı Rusiyada ekstremist təşkilat kimi tanınıb və fəaliyyəti qadağan edilib. Nəticədə şirkət barəsində inzibati cərimə tətbiq olunub. Xatırladaq ki, daha əvvəl də Taqanski Məhkəməsi Telegram-ı 3,8 milyon rubl (84,496.80 AZN)məbləğində cərimələmişdi. Həmin vaxt platformanın ekstremist fəaliyyətə çağırışlar və pornoqrafik materiallar olan məzmunu silmədiyi bildirilmişdi.

 

Seçilən
26
Ajans.az

1Mənbələr