Süni intellekt modelləri getdikcə daha çox insanın sağlamlıqla bağlı suallarına cavab verir və bu texnologiyaya maraq sürətlə artır.
Pravda.az bildirir ki, milyonlarla istifadəçi həftə ərzində sağlamlıq barədə məlumat almaq üçün süni intellekt alətlərinə müraciət edir.
Süni intellekt tibbi diaqnostika və müalicə üçün hələ ki, həkimi əvəz edə bilməz. Sistemlər bəzən yanlış və ya qeyri-dəqiq məlumat təqdim edə, eləcə də reallığa uyğun olmayan cavablar verə bilər. Bu isə səhv qərarlara səbəb ola bilər.
Ekspertlərin fikrincə, süni intellekt ümumi məlumatlandırma və ilkin istiqamətləndirmə baxımından faydalı vasitədir. Lakin şəxsi sağlamlıq problemləri ilə bağlı qərar verərkən mütləq həkim məsləhəti alınmalıdır.
Qeyd: Süni intellekt sağlamlıq sahəsində köməkçi rol oynasa da, tibbi qərarlarda əsas və son söz yenə də mütəxəssislərə məxsusdur.
Əminə Bayramova