AZ

Pakistan terror təhlükəsi səbəbindən təhlükəsizlik tədbirlərini gücləndirdi

Pakistan

Pakistan hakimiyyəti Əfqanıstanda yerləşən terrorçuların hücum təhlükəsi ilə əlaqədar ölkə üzrə təhlükəsizlik tədbirlərini gücləndirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Pakistanın daxili işlər üzrə dövlət naziri alal Çaudriyə istinadən xəbər verib.

“Silahlı qüvvələrimiz terror təhlükəsinə qarşı cavab vermək üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib”, – deyə nazir bildirib.

Nazirin sözlərinə görə, son həftələrdə təhlükəsizlik qüvvələrinin əməliyyatları nəticəsində onlarla terror şübhəlisi, o cümlədən Əfqanıstan vətəndaşları saxlanılıb. Çaudri bildirib ki, Pakistan ərazisində törədilən terror aktlarına Əfqanıstan ərazisindən fəaliyyət göstərən silahlıların qarışdığını göstərən əlavə sübutlar əldə olunub.

Kəşfiyyat məlumatlarına əsasən, yaxın günlərdə Pakistanın müxtəlif vilayətlərində terror aktları törədilə bilər.

Məryəm Quliyeva

Seçilən
10
xalqcebhesi.az

1Mənbələr