
Rəsmi Tehran İran-Azərbaycan sərhədi boyunca hava məkanına dair NOTAM (uçuşlara xəbərdarlıq bildirişi) yayımlayıb.
Missiya.Az xəbər verir ki, bildiriş müəyyən ərazilərdə uçuş məhdudiyyətlərini nəzərdə tutur.
Məlumata görə, həmin zonada SEPAH-ın pilotsuz uçuş aparatlarının fəaliyyəti davam edir.
Rəsmi açıqlamada təlim və ya əməliyyat xarakteri barədə detallı məlumat verilməyib.
Qeyd edək ki. bu addım ABŞ-nin Yaxın Şərqdə hərbi qüvvələrinin sayının artırması və regiondakı mövcudluğunu genişləndirməsi fonunda diqqət çəkib.
Daşqın HəsənovMissiya.Az