AZ

Qulu Məhərrəmli: “Həmin aparıcıları jurnalist hesab etmirik”

Qalmaqallı televiziya verilişlərinin artması, efirdə söylənilən nalayiq ifadələr, davranışlar cəmiyyətdə ciddi müzakirələrə səbəb olmaqla yanaşı, bu tendensiyanın jurnalistika fakültəsinə olan marağa necə təsir göstərdiyi sualını gündəmə gətirib.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən media eksperti, professor Qulu Məhərrəmlinin sözlərinə görə, bu aparıcıların sosial şəbəkələrdə bir-biri ilə deyişməsi, şəxsi məsələlərini qabartması, müxtəlif problemləri sadalaması, birbaşa televiziya aparıcılığı məsələsi deyil, davranış, əxlaq, cəmiyyət problemidir: “Sosial şəbəkədəki davranışlar bizim adi həyatdakı davranışlarımızın davamıdır. Bu baxımdan cəmiyyətdə gedən proseslərin, mənəviyyat sahəsində olan problemlərin, insanı məyus edən davranışların təzahürüdür. Bu gun o, sosial şəbəkələrdə bu və ya başqa formalarda özünü göstərir. Belə hesab edirəm ki, baş verənlər jurnalistika məsələsi deyil. Şou proqramlar, məqsədi əyləndirmək olan verilişlər jurnlistika hesab olunmur, o aparıcıları da jurnalist hesab etmirik. Bu bir şoudur. Onun birbaşa jurnalistikaya aidiyyatı yoxdur. Amma, əlbəttə, təəssüf doğurur. Azdan-çoxdan tanınan insanların bir-biri ilə sərt, çərçivədən kənar deyişmələri, didişmələri ictimai əxlaqı müəyyən mənada zədələyir və belə hadisələr olmamalıdır. Hər kəs danışır, özünü, düşüncəsini bu formada ifadə edir, ona görə də müəyyən etik çərçivədən kənarda mövcud olan hər bir şey ictimai əxlaqa qarşıdır. Belə şeylərin qarşısı alınmalıdır”.

 

Şəhanə Quliyeva

Tarix: 25 Fevral 2026, 15:07   
Seçilən
13
1
pravda.az

2Mənbələr