AZ

Avstraliya Baş naziri təxliyə olunub

Avstraliya Baş naziri Entoni Albanizinin Kanberradakı rəsmi iqamətgahı "The Lodge"dan təxliyə edilməsinə yol açan "təhlükəsizlik təhdidi"nin, Çində qadağan olunmuş rəqs və musiqi qrupuna ünvanlanan "bomba təhdidi" ilə bağlı olduğu iddia edilib.

"Cebheinfo.az" xəbər verir ki, "ABC News"-un məlumatına görə, Çində qadağan edilən və rəhbərlik tərəfindən antikomunist hesab olunan "Falun Qonq" hərəkatı ilə əlaqəli olduğu bilinən "Shen Yun" adlı rəqs və musiqi qrupu, Avstraliyadakı çıxışlarından əvvəl təhdid mesajı alıb.

Şounun təşkilatçılarına göndərilən e-poçtda Baş nazirin iqamətgahının ətrafına külli miqdarda partlayıcı yerləşdirildiyi, nümayişi keçirməkdə israr edəcəkləri təqdirdə "iqamətgahın yerlə-yeksan olacağı və qanın çay kimi axacağı" ifadə edilib.

"ABC News" xəbər verir ki, Baş nazir Albanizinin təxliyəsinə səbəb olan təhlükəsizlik təhdidi məhz rəqs və musiqi qrupuna verilən bu gözdağı ilə əlaqədardır.

Rəqs qrupu vəziyyəti Avstraliya Federal Polisinə (AFP) bildirib. Polis obyektdə axtarış aparmaq məqsədilə Albanizini bir neçə saatlıq başqa yerə aparıb. Aparılan axtarışlar nəticəsində şübhəli heç nə tapılmayıb.

Albanizi Melburnda etdiyi çıxışda, "Məncə, bu, insanlara "gərginliyi azaldın" demək üçün hər fürsətdən istifadə etməli olduğumuzu xatırladan bir xəbərdarlıqdır" deyib.

Seçilən
9
cebheinfo.az

1Mənbələr