ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Dünyaca məşhur ispan müğənni Xulio İqlesias İspaniyanın Baş nazirinin müavini Yolanda Diazı böhtan atmaq ittihamı ilə məhkəməyə verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “El Mundo” nəşri yazıb.
İqlesias Diazdan onu təcavüzdə ittiham etmiş qadınlar haqqında bəyanatlarını ictimaiyyət qarşısında təkzib etməsini, həmçinin kompensasiya ödəməsini tələb edib.
Qeyd edək ki, daha əvvəl Yolanda Diaz İqlesiası təcavüzdə ittiham etmiş qadınlar haqqında danışarkən onları qullarla müqayisə etmişdi.
Xatırladaq ki, daha əvvəl X.İqlesiasın Dominikan və Baham adalarındakı evlərində xidmətçi işləmiş Laura və Rebeka adlı qadınlar sənətçi tərəfindən cinsi zorakılığa məruz qaldıqlarını iddia ediblər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.