"Gün boyu sizə daha çox enerji verəcək qida dəyəri təbii ki, ilk növbədə protein, yəni zülaldır".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı dedi.
Həkim qeyd etdi ki, səhər imsakda yeyə biləcəyiniz ən yaxşı zülal qaynağı yumurtadır:
"Şor dediyimiz süd məhsulları və çərəzlərdir. Sərt buğda növündən hazırlanmış məhsullar, məsələn, yulaf da bu qrupdadır. Bunlar əsas zülal qaynaqları hesab olunur. Zülalların həzmi üçün daha uzun müddət tələb olunduğuna görə onlar sizi 4-6 saat tox saxlayır və verdiyi enerji şəkər kimi ani piklər etmədən stabil enerji mənbəyi rolunu oynayır. Əgər siz imsaqı səhər sadəcə xurma ilə və ya bir dilim tort, şirniyyat və çayla yola versəniz, gün boyu qəfil halsızlaşma, diqqət pozuntuları və enerjisizliklə üz-üzə qalacaqsınız. Çünki qanda şəkərin səviyyəsi sürətlə yüksələcək, sonra tez düşəcək, sizi yenidən acdıracaq, baş ağrısı yaradacaq, halsızlıq verəcək, əllər əsəcək və s. Nəticədə bu hal orucun pozulmasına da səbəb ola bilər".
Nuriyyə NATİQQIZI