AZ

Həkim XƏBƏRDARLIQ ETDİ: Yeməkdən sonra yatmaq...

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Yeməkdən sonra dərhal uzanmaq sağlamlıq üçün risk yarada bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, bu qayda həm oruc tutanlara, həm də tutmayan şəxslərə aiddir.

“Əgər siz yemək yedikdən dərhal sonra yatırsınızsa, bu birbaşa qanda şəkər miqdarını artırır, metabolik aktivliyi aşağı salır və həzm prosesini ləngidir”, - mütəxəssis bildirib.

Emin Məmmədov qeyd edib ki, mədənin normal iş prinsipi qidanın üzərinə mədə turşusunun səpilməsi və həzmin aktiv şəkildə getməsidir. Onun sözlərinə görə, yeməkdən sonra uzanmaq bu mexanizmi pozur, qida mədədə tam həzm olunmadan qalır və bu da ağırlıq, ürəkbulanma və narahatlıq hissinə səbəb ola bilər.

Mütəxəssis əlavə edib ki, son bir ildə aparılan tədqiqatlar maraqlı nəticələr ortaya qoyub.

“Çalışmalar göstərir ki, insan şəkərli məhsul qəbul etdikdən sonra 15-20 dəqiqə yüngül gəzərsə, qanda şəkərin pik səviyyəsi təxminən iki dəfə azalır. Buna görə ciddi şəkildə tövsiyə edirik ki, yeməkdən sonra ən azı 15 dəqiqə yüngül hərəkət edin”, - deyə o vurğulayıb.

Zeynəb Rzayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
bakivaxti.az

1Mənbələr