AZ

"Uşaqlara oruc tutmağı tövsiyə etməzdim" - Həkimdən AÇIQLAMA

"Ümumiyyətlə, oruc yetkin insanlar üçün nəzərdə tutulub. Uşaqlar isə inkişaf dövründədirlər və onların daha çox enerjiyə, daha çox kaloriyə ehtiyacı var".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı vurğuladı.

"Uşaq məktəbə gedir, dərslərə diqqətini cəmləməlidir. Enerji çatışmazlığı olduqda diqqət pozuntusu yarana bilər, dərsə konsentrasiya edə bilməz, gördüyü işlərə və idmana diqqətini yönəltməkdə çətinlik çəkə bilər. Ona görə peşəkar baxımdan uşaqlara oruc tutmağı tövsiyə etməzdim. Məncə, orucun mahiyyətini və detallarını tam dərk edən, orqanizmi formalaşmış yetkin insanlara bunu tövsiyə etmək daha məqsədəuyğundur", - deyə o qeyd etdi.

Nuriyyə NATİQQIZI

Seçilən
11
redaktor.az

1Mənbələr