AZ

Rusiya məhkəməsi Markovu cərimələdi Prezident Əliyevə dəstək ifadə etmişdi...

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya hakimiyyəti tərəfindən “xarici agent” kimi tanınmış politoloq Sergey Markov Moskvada məhkəmə qərarı ilə 35 min rubl məbləğində cərimələnib. O, “xarici agent”lərin fəaliyyət qaydalarını pozmaqla bağlı inzibati maddə üzrə təqsirli bilinib.

“AzPolitika” bildirir ki, bu barədə Rusiya mesiası məlumat yayıb.

Qərarı Moskvanın Qaqarin rayon məhkəməsi qəbul edib. Bildirilir ki, Markov məhkəmə iclasına üzərində Putinin şəkli və “Za Rossiyu!” (“Rusiya naminə!”) yazısı olan futbolkada gəlib. Ona qarşı irəli sürülən ittiham ondan ibarət olub ki, hakimiyyət onu “xarici agent”lərin reyestrinə daxil etməzdən əvvəl o, özü siyahıya salınması üçün müraciət etməyib.

Vəkil Aleksey Moloxov bildirib ki, Markova qarşı tətbiq olunan hüquqi norma Konstitusiyaya və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta ziddir: “Bu norma sağlam məntiq baxımından absurddur. İnsan “Washington Post”a müsahibə verir. Amma Peskov da verir. Bu, diskriminasiyadır”.

Markov özü isə məhkəmədə çıxışı zamanı özünü “Rusiya dövlətinin sadiq oğlu” adlandırıb. O, Rusiyanı “atasından sillə qəbul edən itaətkar oğul kimi” sevdiyini deyib. Əlavə edib ki, “Putinin opponentləri ilə müzakirə apararaq və Putinin mövqeyini müdafiə edərək ‘xarici agent’ elan olunacağını ağlına belə gətirməzdi”. O, həmçinin Ukraynaya qarşı hərbi müdaxiləni – rəsmi terminlə “xüsusi hərbi əməliyyat”ı (SVO) dəstəklədiyini vurğulayıb.

“Mən Vladimir Putinin tərəfdarıyam, onun etibarlı şəxsi olmuşam, SVO-nu dəstəkləmişəm. Təkcə mən deyil, bir çoxları Ədliyyə Nazirliyinin qərarından şoka düşdü. “Avtobusa minməmisən, amma səni biletsiz sərnişin elan ediblər. Bu necə olur?”- o qeyd edib.

Keçmiş Dövlət Duması deputatı və siyasi tok-şou iştirakçısı olan Markov ötən ilin avqustunda “xarici agent” kimi tanınıb. Qərar Rusiya ilə Azərbaycan arasında yaranmış gərginlik fonu ilə əlaqələndirilirdi. Daha əvvəl dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev haqqında müsbət fikirlər səsləndirən Markov, onun iştirakı ilə keçirilən konfransın qonağı olub. Həmin konfransda Prezident İlham Əliyev Ukraynanən ərazi bütövlüyünü dəstəklədiyini bir neçə dəfə açıq şəkildə ifadə etmişdi.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
azpolitika.info

1Mənbələr