AZ

Əşrəf Hakimi təcavüz işi ilə bağlı məhkəmə qarşısına çıxacaq

Mərakeş millisinin və "Paris Sen-Jermen" klubunun futbolçusu Əşrəf Hakimi təcavüz işi ilə bağlı məhkəmə qarşısına çıxacaq. Dinləmələrin tarixi hələ müəyyən edilməyib. Oxuməni.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Nanter prokurorluğu 2023-cü ilin martında Hakimiyə qarşı ittiham irəli sürüb. Futbolçu həmin ilin fevralında polisə müraciət edən 24 yaşlı qızı zorlamaqda ittiham olunur. 2025-ci ilin avqustunda "Le Parisien" Hakimin 15 ilə qədər həbs cəzası ilə üzləşə biləcəyini, Nanter prokurorluğunun belə bir cəza tələb etdiyini bildirib.

27 yaşlı Hakimi 2021-ci ilin yayından "PSJ"də çıxış edir. Futbolçu komanda ilə dörd dəfə Fransa çempionluğunu, üç dəfə ölkə Superkubokunu, iki dəfə Fransa Kubokunu qazanıb, həmçinin Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.

Almaz Həsənli

Seçilən
13
oxumeni.az

1Mənbələr