AZ

Bir neçə saniyəlik görüntü ilə bütöv bir ömrün zəhmətini kölgəyə salmaq ədalətli yanaşma deyil



"AMEA-da keçirilən ümumi yığıncaq zamanı bəzi alimlərin mürgüləməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu. Bir neçə saniyəlik görüntü kifayət etdi ki, uzun illərini elmə həsr etmiş insanlar haqqında sərt və istehzalı fikirlər yazılsın. Amma məsələyə bir az dərindən baxmaq lazımdır".

Newscenter.az xəbər verir ki, bunları AMEA Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nərmin Ağayeva deyib. O bildirib ki, ömrünü arxivlərdə, kitabxanalarda keçirən, araşdırma aparan, tələbə yetişdirən, çox zaman aldığı maaşla dolanmaqda çətinlik çəkən elm adamlarının əməyini bir kadrla ölçmək ədalətli deyil:

"Elm sahəsində çalışanların sosial vəziyyəti, məvacibi və iş şəraiti illərdir müzakirə mövzusudur. Bu reallıqları görmədən, yalnız görüntüyə əsaslanaraq nəticə çıxarmaq doğru yanaşma deyil. Tənqid etmək asandır. Ancaq zəhməti qiymətləndirmək daha məsuliyyətli yanaşma tələb edir.

Amma bir sual açıq qalır: illərini elmi araşdırmalara həsr edən, az maaşla, çətin şəraitdə çalışan, ömrünü kitab və arxivlər arasında keçirən insanlara bu qədər asanlıqla istehza etmək nə dərəcədə düzgündür?".

Nərmin Ağayeva qeyd edib ki. bir neçə saniyəlik görüntü ilə bütöv bir ömrün zəhmətini kölgəyə salmaq ədalətli yanaşma deyil.

Süleyman
Seçilən
8
1
newscenter.az

2Mənbələr