AZ

Leyla Əliyeva Qubada iftarda və məsciddə olub - FOTOLAR

Fevralın 24-də Leyla Əliyeva Qubada şəhid ailələri və rayon ictimaiyyəti ilə birlikdə iftar məclisinə qatılıb.

Ölkə.Az xəbər verir ki, əvvəlcə Leyla Əliyeva “Bizim Mətbəx” layihəsinin könüllüləri ilə birlikdə yeməklərin iftar süfrəsi üçün hazırlanmasında yaxından iştirak edib. Müqəddəs Ramazan ayının mənəvi dəyərlərinin paylaşıldığı məclisdə sakinlərlə birlikdə iftar edilib, dualar oxunub.

Sakinlər təşkil olunan iftar süfrəsinə və göstərilən diqqətə görə səmimi minnətdarlıqlarını bildiriblər.

Bundan əlavə Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər çərçivəsində şəhərin əhəmiyyətli tarixi-memarlıq abidələrindən olan Cümə məscidini ziyarət ediblər.

Ziyarət zamanı məscidin imamı Seyran Fərəczadə və məscidin dini icmasının sədri İlqar Bayramov Quba Cümə məscidi barədə ətraflı məlumat verib.

Bildirilib ki, məscid XIX əsrin unikal memarlıq nümunələrindən biri olmaqla bölgənin dini-mədəni həyatında mühüm yer tutur. Məsciddə Quran kursunun fəaliyyət göstərdiyi qeyd olunub. Leyla Əliyeva və Alena Əliyeva həmin otağa da baş çəkiblər.

Sonda Leyla Əliyeva və Alena Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub.

Seçilən
0
olke.az

1Mənbələr