Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Qidalanma tərzi bəzən insanın fizioloji deyil, emosional vəziyyətindən asılı olaraq dəyişir.Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, emosional qidalanma insanın əhval-ruhiyyəsinə bağlı olaraq yemək davranışının dəyişməsidir.
“İnsan stresdə və ya depressiyada olduqda ya yeməkdən imtina edir, ya da əksinə, daha çox yeməyə meyilli olur. Bəzi hallarda insanlar yeməyi özlərinə mükafat kimi görürlər. Çünki qida beyində xoşbəxtlik hormonlarının artmasına səbəb olur”, - deyə mütəxəssis bildirib.
Emin Məmmədov qeyd edib ki, duyğular keçici olsa da, qidalanma səhvlərinin yaratdığı sağlamlıq problemləri qalıcı ola bilər.
Onun sözlərinə görə, xüsusilə sağlam qidalanmaya yeni başlayan insanlarda müəyyən dövrdə yağlı, qızardılmış və ya zərərli qidalara qarşı güclü istək yarana bilər. Bu isə emosional qidalanmanın təzahürüdür.
Mütəxəssis vurğulayıb ki, insan bu mərhələni nəzarətdə saxlaya və özünə məhdudiyyət qoya bilirsə, artıq “ağıllı qidalanma” modelinə keçmiş sayılır.
“İnsanın ağlı emosiyalarına üstün gəldikdə, o, seçdiyi qidaya daha məsuliyyətlə yanaşır. Ramazan ayında müəyyən saatlarda qida qəbulunun məhdudlaşdırılması bu baxımdan insana nəzarət mexanizmi yaradır. Əgər iftar zamanı tələsmədən və düzgün seçimlə qidalanarsa, oruc ağıllı qidalanma metodlarından biri hesab oluna bilər”, - deyə Emin Məmmədov əlavə edib.
Zeynəb Rzayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.